Vasif Talıbov üçün çevrə qapanır – Zeyanlovla bağlı baş verənlər keçmiş sədrin həbsini reallaşdıra bilər

 07-10-2023

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin birinci müavini Azər Zeynalovun postundan istefa verməsi müxtəlif mülahizələrə səbəb olub.

Qaynarinfo.az xəbər verir ki, ictimai mühitdə səslənən mülahizələrdə Azər Zeynalovun istefa qərarının könüllü olmadığı qeyd edilir. Ehtimal olunur ki, Zeynalov könüllü şəkildə istefa ərizəsi yazmayıb.

Azər Zeynalovun istefasından sonra onun hətta həbs oluna biləcəyi barədə iddialar səsləndirilir. Bəzi iddialara görə, keçmiş birinci müavin artıq Bakıya gətirilib və dindirilib.

Bu barədə mediada yayılan məlumatlara rəsmi reaksiya yoxdur. Bu da iddiaların əsassız olmadığına şübhələri artırır.

Azər Zeyanlov Naxçıvan MR Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun kadrı kimi tanınır. Vasif Talıbovun “vurulması” prosesi başlayanda Azər Zeynalovun da bu dalğada “əriyəcəyi” gözlənilirdi. Lakin bu baş vermədi. Onun birinci müavin təyin edilməsi çoxları üçün gözlənilməz oldu.

İndi onun hədəfə gəlməsi hansısa yeni faktların ortaya çıxması ilə bağlı ola bilər ki, bunun da bir ucunun Vasif Talıbova çıxması mümkündür. Bu halda uzun müddətdir ki, Vasif Talıbovun həbs oluna biləcəyi barədə səsləndirilən ehtimallar doğrula bilər.

Bənzər yazılar

0.095204830169678