“Bakcell“ Xankəndidə fəaliyyətə başladı

 01-10-2023

"Bakcell" şirkəti şəbəkəsini Xankəndi şəhərində uğurla istifadəyə verib.

"Bakcell"in şəbəkəsi Ağdərə və Xocalı da artıq fəaliyyətdədir. Bununla da, şirkətin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında quraşdırılmış baza stansiyalarının sayı 120-dən yuxarıya çatdırılıb.

Burada quraşdırılmış baza stansiyaları ilə Bakcell şirkəti Qarabağ bölgəsində ən müasir səs texnologiyasi olan VoLTE xidmətini və ölkənin ən sürətli mobil internet şəbəkəsini öz abonetlərinin ixtiyarına verib.

Bakcell şirkəti Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonunda zəruri infrastrukturun qurulması istiqamətində, eləcə də ən son texnologiyalarının bu bölgəyə gətirilməsində genişmiqyaslı fəaliyyətini daha da gücləndirəcəkdir.

Bənzər yazılar

0.22083878517151