İranlı müğənni Afşin Azəri onu efirdən qovan aparıcı Zaur Kamalla bağlı açıqlama verib.
MillətinSəsi.info-ın məlumatına görə, bu barədə Afşin MTV-də yayımlanan “Tarixin bir günü” verilişində qonaq olarkən danışıb.
İfaçı qalmaqalın pərdəarxası məqamlarından danışaraq, gizlinləri gün üzünə çıxarıb:
“Efirə 10-15 dəqiqə qalmış Zaur bir sıra müğənnilərin adını çəkdi, dedim ki, mənim səviyyəmə görə davran. Sən məni efirinə özün dəvət etmisən, zəng vurub “məni dəvət et” deməmişəm. Dəvət edirsən, mən də canla-başla gəlirəm. Verilişinə gələndə sən də belə bir söhbət açırsan. Deyirəm ki, indiyə kimi olubmu ki, başqa efirdə mənim adımı başqa müğənninin yanında çəkəsən? Bunu dəqiq bilirəm ki, olmayıb. Bəs niyə başqa müğənnini misal çəkirsən? Ona dedim ki, sən səviyyəli ifaçıları tanı, onları ayırmağı bacar, sən axı aparıcısan. Heç zaman deməmişəm ki, filankəsi efirinə çağır və ya çağırma. Yenə də öz sözümün üstündəyəm. Kişilər arasında danışılan söz yerində də qalmalıdır. İnsan iki dəqiqənin içində necə 20 dəfə yalan danışa bilər? Yalan danışırsansa, icazə ver, mən sənin cavabını verim. Zaurla sözüm bu olub: “Sən kimisə efirinə dəvət edəndə onunla elə danışmalısan ki, fanatlarının və tərəfdarlarının acıqlarına gəlməsin”.
Ətraflı süjetdə: