Romelu Lukaku “Çelsi”dən “İnter”ə qayıdıb.
Milanlılar 29 yaşlı belçikalı hücumçunu 2022/23 mövsümü üçün icarəyə götürüblər.
London klubunun Romelunu icarəyə verdiyi üçün 8 milyon avro alacağı, “İnter”dən isə satın alma variantının olmayacağı bildirilib.
Lukaku İtaliya klubuna qoşulmaq üçün maaşının 30% azaldılmasına (10 milyondan 7 milyonadək) razı olub.
Qeyd edək ki, Lukaku 2019-2021-ci illərdə “İnter”də çıxış edib. O, ötən yay 115 milyon avroya “Çelsi”yə satılıb.
29 yaşlı hücumçu ötən mövsüm “Çelsi”nin heyətində bütün turnirlərdə meydana çıxdığı 44 oyunda 15 qol vurub.
Mənbə: sports.ru