“Qənirə xanımı Mərkəzi Klinakadan çıxarın” - Sevinc Telmanqızı

 25-09-2023

“Allahını sevən Qənirə xanımı o xəstəxanadan (Mərkəzi Klinika) başqasına köçürsün. Ora diri girən şəxs ölü çıxır, Qənirə xanımdan uzaq. Şəxsən özüm yaşamışam. 3 il əvvəl bu günlərdə atamın ürəyi ağrıyırdı, maşına mindirdik, deyə-gülə o Mərkəzi Klinik Qəbiristanlığına apardıq. Adam gülə-gülə xəstəxanaya daxil oldu. Anju etdilər, anında atam komaya düşdü. 2 həftədən artıq komada saxladılar. Sonra da bir gecə zəng etdilər ki, gəlin, ölünüzü aparın”.

Bu barədə jurnlalist Sevinc Telmanqızı yazıb. O bildirib ki, Qənirə paşayevanı oradan saxlamaq olmaz:

“İndi yekə-yekə mediaya müsahibə verən həkimlər də atam reanimasiyada olanda deyirdilər ki, Allahdan ümid kəsilməz, dua edin. Reanimasiyaya, müalicəyə dünyanın pulunu alıb, sonra da bizə deyirdilər ki, dualarınız Allaha çatarsa, xəstəniz xilas olacaq.

Mən travmalı ola bilərəm. Amma o xəstəxanadan şikayətçi olan yüzlərlə xəstə yaxını tanıyıram. İnsanlar adına, lüks şəraitinə aldanıb, xəstəsini ora aparır. Etməyin, daha yaxşı, daha normal reputasiyalı bir yerə aparın! Qənirə xanım bu xalqa da, bu ölkəyə də çox faydalı bir insandır. Onun sağalması üçün hamımız dua edirik!”.

 

Bənzər yazılar

0.3521409034729