Tovuz Mərkəzi Rayon Xəstəxanasının baş həkiminin EVİ YANIB

 28-06-2022

Tovuzda evdə yanğın olub.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə rayonun Abulbəyli kəndində qeydə alınıb. Kənd sakini Paşa Muradova məxsus evin 240 kvadratmetrlik hissəsində güclü yanğın baş verib. Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin 3 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb, digər ərazilərə keçməsinin qarşısı alınıb.

Hadisənin tikilidə olan elektrik paylayıcısında qısaqapanma nəticəsində baş verdiyi ehtimal edilir.

Məlumata görə, qeyd olunan ünvanda bir gün əvvəl kiçik toy məclisi təşkil olunub.

Evi yanan Paşa Muradov Tovuz Mərkəzi rayon xəstəxanasının baş həkimidir.

Bənzər yazılar

0.52317714691162