Türkiyənin Bartın vilayətində leysan yağışlar selə səbəb olub.
Kozcağız qəsəbəsində eyniadlı çayın daşması nəticəsində Kozcağız-Kumluca avtomobil yolunun bir hissəsi dağılıb.
Bununla yanaşı, yola yaxın 4 mərtəbəli bina və birmərtəbəli ev uçub. Yaxınlıqdakı binaların bünövrəsi zədələnib.
Təbii fəlakət səbəbindən 300-dək ailə təxliyə olunub.
Dövlət Su Təsərrüfatı İdarəsi tərəfindən ərazidə bərkitmə işləri aparılır.
Bundan əlavə, dəyən zərərin müəyyən edilməsi üzrə işlər davam edir.
Mənbə: Haber Global