Türkiyədə yerli sualtı qayığın istehsalı prosesinə BAŞLANILIR – VİDEO

 27-06-2022

Türkiyədə yerli STM500 sualtı qayığının istehsalı prosesinə start verilir.

Bu barədə ölkənin müdafiə sənayesi naziri İsmail Dəmir paylaşım edib.

Onun sözlərinə görə, bütünlüklə türkiyəli mühəndislər tərəfindən yerli texnologiyalar hesabına layihələndirilən sualtı qayığının istehsalı prosesi ilk olaraq sınaq nüssxələrin hazırlanması ilə başlayacaq.

Dəmir qayığın ən qabaqcıl və müasir döyüş sistemləri ilə təchiz ediləcəyini bildirib. STM500 açıq dənizdə və dayaz sularda hərəkət edə biləcək.

O, kəşfiyyat və müşahidə, xüsusi təyinatlı qüvvələrin əməliyyatları və sualtı qayıqlara qarşı döyüş kimi taktiki ehtiyaclara cavab verəcək.

 

Bənzər yazılar

0.14179110527039