Dağılan körpüdən son anda xilas olan şəxs danışdı - VİDEO

 15-09-2023

“İşə gedirdim, körpüyə çıxanda uçdu. Son anda 10-15 metr kənara uçdum”.

Bunu Xaçmaz-Xudat yolunun üzərində yerləşən avtomobil körpüsünün uçması nəticəsində zərərçəkən Mayis Daşdəmirov deyib.

“Maşında tək idim. Xəsarət almadım”, - deyə o əlavə edib.

Qeyd edək ki,bu gün səhər saatlarında Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndi ərazisində Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 27-ci kilometrliyində yerləşən körpü uçub və hadisə zamanı “VAZ 2106” markalı minik avtomobili çay yatağına düşüb.

Fövqəladə Hallar Nazirliyi avtomobilin qaldırıcı kran vasitəsilə çay yatağından təxliyəsinin görüntülərini yayıb.

Həmçinin, bildirilib ki, FHN-in Şimal Regional Mərkəzi və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları avtomobillərin hərəkəti üçün müvəqqəti təşkil olunmuş alternativ yolda təhlükəsizliyin təmin edilməsi məqsədilə ərazidə xidmət aparır.

Ətraflı Baku TV-nin süjetində:

 

Bənzər yazılar

0.28585410118103