Bakı metrosunda gediş haqqının artırılacağı ilə bağlı məlumatlar yayılıb.
Pravda.az-ın xəbərinə görə, sosial şəbəkələrdə gediş haqqının 30 qəpikdən 50 qəpiyə qalxacağı iddia edilir.
“Bakı Metropoliteni” QSC-yə qurumun Tarif Şurasına mütaciət edib-etmədiyi ilə bağlı bir neçə gün əvvəl sorğu göndərsə də, cavablandırılmayıb.
Qurumdan bildirilib ki, sorğuya yaxın vaxtlarda cavab veriləcək.
Qeyd: “İnformasiya əldə etmək haqqında” qanunun 24-cü (İnformasiya sorğusunun icra müddəti) maddəsinə əsasən, informasiya sorğusu ən qısa müddətdə, lakin 7 iş günündən gec olmayaraq icra edilir. Bu müddətdə həmin informasiya öz operativliyini itirərsə, sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavab verilməlidir.