Fəzail Ağamalının gilasla bağlı dedikləri TREND OLDU: Məşhurlardan “gilas” PAYLAŞIMI – VIDEO

 25-06-2022

Milli Məclisin deputatı Fəzail Ağamalı açıqlamasında maaşının yüksək olmasına baxmayaraq yeni çıxan meyvələrdən ala bilmədiyini deyib. O hətta gilasın qiymətinin 8-10 manat aralığında olmasından da şikayətlənib.

Yeniavaz.com xəbər verir ki, deputatın bu açıqlamasından sonra sosial şəbəkələrdə “gilas” məzmunlu paylaşımlar gündəm olub.

Belə paylaşımlardan birini də Əməkdar artistlər Tahir İmanov və Bəhram Bağırzadə edib.

Tahir İmanov vəzifəli şəxs obrazını oynadığı ironik video paylaşıb. Videoda iri sahəli torpaq və bahalı avtomobil alınmasına etiraz etməyən şəxs, 8 manatlıq gilas alınmasına qəti qarşı çıxır.

F. Ağamalı Olay.az-a bildirib ki, sözügedən videodan xəbərdar deyil və izləməyib:

“Mən sadəcə gilasın qiymətini demişəm. Bilmirəm, nə mövzu axtarırlar ki, kimisə hədəf alsınlar. Tahir İmanov çox hörmət etdiyim, keçmiş dostum, Anar Məmmədxanovun rəhbərliyi altında bizə pozitiv hisslər bəxş edib. Ona hörmətim var. Deyib, canı sağ olsun, bu da onun mövqeyidir. Lakin insanı ələ salmaq yox, fikrinə tənqidi yanaşmaq olar.

Görünür, bu da onun stilidir. Mənim 250 minlik maşınım yoxdur. “Toyota” markalı avtomobil sürürəm. O maşın 250 minlik deyil. Zəhmət çəksin, internetdə oxusun, baxsın. Həmin maşını 2017-ci ildə almışam. Ümumiyyətlə nə mən, nə də övladlarım 250 minlik maşın sürmüşük”.

B. Bağırzadə də bir gilas dənəsini boşqaba qoyaraq onu çəngəl və bıçaqla bahalı yeməkmiş kimi yeyib.

Bənzər yazılar

0.44015407562256