Elm və Təhsil Nazirliyinin nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin keçirdiyi tender müsabiqəsinin qalibi “Texno Lyuks M” MMC olub.
Yeniavaz.com xəbər verir ki, İdarə təhsil şəbəkəsinin genişləndirilməsi, proqram təminatının, həmçinin İP telefoniya, məlumat hesablama cihazının və bu tipli digər avadanlıqların satın alınmasına görə “Texno Lyuks M” MMC-yə 8 milyon 413 min 131 manat 69 qəpik ödəyəcək.
Məlumat üçün bildirək ki, 2022-ci il 24 oktyabr tarixində də Elm və Təhsil Nazirliyinin nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin keçirdiyi tender müsabiqəsinin qalibi “Texno Lyuks M” MMC olub. Belə ki, İdarə vahid Azərbaycan Təhsil Şəbəkəsinin genişləndirilməsi və yeni qoşulmalar üçün kabel şəbəkə avadanlıqlarının proqram təminatının, həmçinin İP telefoniya avadanlıqlarının satınalınmasına görə “Texno Lyuks M” MMC-yə 8 milyon 366 min 750 manat 32 qəpik ödəyib.
Nizamnamə kapitalı 50 manat olan “Texno Lyuks M” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar, ev 24, m. 12 ünvanında yerləşir. MMC-nin qanuni təmsilçisi Əliyev Emin Arif oğludur.
Müəllif Elnur Əli
Mənbə Yeniavaz.com