Dünyaya tanıdılan Azərbaycan həqiqətləri - VİDEO

 24-06-2022

Bu günə qədər Azərbaycan həqiqətlərini dünyaya çatdıran soydaşlarımız 44 günlük Vətən müharibəsi zamanı da informasiya cəbhəsində mübarizəni dayandırmadılar.

Azərbaycançılıq ideyalarını, tarixi həqiqətləri xarici mediada işıqlandıran həmvətənlərimizdən biri də Qafqaz-İberoamerika Düşüncə Mərkəzinin direktoru Mahir Qurbanovdur. Azərbaycanlı politoloq ispandilli ölkələrin erməni lobbisinə deyil, bizə dəstək olması ilə məşğul olur.

Mahir Qurbanov deyir ki, ispandilli ölkələrin kütləvi informasiya vasitələrində azərbaycançılıq ideologiyasını təbliğ etmək, xüsusən Qarabağ reallıqlarını onlara çatdırmaq əsas prioritetlərdəndir.

Qeyd edək ki, Qafqaz-İberoamerika Düşüncə Mərkəzi regionda mövcud olan siyasi, iqtisadi və humanitar sahələrdə təhlillər aparır. Həmçinin ispandilli ölkələrin düşüncə mərkəzləri, mediası, vətəndaş cəmiyyətləri və dövlət dairələrilə çoxşaxəli əməkdaşlıq yaratmaqla Azərbaycan həqiqətlərini təbliğ edir.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

Bənzər yazılar

0.46764898300171