Texniki baxışdan yayınmaq üçün bu üsula əl atdılar - VİDEO

 07-09-2023

DİN-in Baş DYP İdarəsinin Müayinə Mərkəzi idarə etdiyi yük avtomobilinin dövlət qeydiyyat nişanlarına müdaxilə edən sürücüləri aşkarlayıb.

Həmin sürücülər qanunvericiliyin tələblərini pozaraq dövlət qeydiyyat nişanına müdaxilə ediblər.

Belə ki, “Zil” markalı nəqliyyat vasitəsinə təhkim olunmuş 62-BD-589 dövlət qeydiyyat nişanlarında “9” rəqəmi sürücü tərəfindən boya ilə dəyişdirilərək “8” rəqəminə çevirilib. 01-BM-688 qeydiyyat nişanlı "Kamaz" markalı nəqliyyat vasitəsinin qeydiyyat nişanına isə palçıq sürtərək görünüşü çətinləşdirilib. Hər iki sürücü Baş Dövlət Yol Polisi İdarəsinin Xüsusi Tağımının əməkdaşları tərəfindən məsuliyyətə cəlb edilib.

Qurumdan bildirilib ki, bu kimi halların yol hərəkəti qaydaları əleyhinə olan inzibati, həmçinin cinayət xarakterli hüquqpozmaların qarşısının alınması və aşkarlanmasında, foto və video qeydiyyat funksiyasına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkarlanan qayda pozuntuları ilə bağlı elektron qərarların çıxarılmasında ciddi çətinliklər yaratdığı, bununla yanaşı törədilmiş inzibati xətaya aidiyyəti olmayan şəxslərin haqlı narazılığına səbəb olduğu dəfələrlə qeyd edilsə də, təəssüf ki, hələ də məsuliyyətdən yayınmaq üçün belə uğursuz cəhdlər edən şəxslərə rast gəlinir: "Bütün bunları nəzərə alaraq, bir daha avtonəqliyyat vasitələrinin sahiblərinə və  sürücülərinə müraciət edərək bildiririk ki, dövlət qeydiyyat nişanlarına müdaxilə etmək qanunazidd əməldir və inzibati məsuliyyət yaradır".

 

Bənzər yazılar

0.31072688102722