Əsgərovların bankı bağlana bilərmi? – Kredit riski yüksəkdir

 06-09-2023

1994-cü ildə “AZAL Səhmdar Kommersiya Bankı” kimi fəaliyyətə başlayan, daha sonra adını 2 dəfə dəyişərək, əvvəlcə “Bank Silk Way” ASC, hazırda isə “Premium Bank” ASC adlanan bankın problemli kreditləri digər özəl banklarla müqayisədə kifayət qədər yüksəkdir.

Ekonominfo.az xəbər verir ki, bu ilin ikinci rübünün yekunda “Premium Bank” ASC-nin problemli kreditlərinin həcmi 135,2 milyon manat olub.

Vaxtında geri qaytarılmayan kreditlərin həcmi ümumi kreditlərin 28,7%-ni təşkil edib. Müqayisə üçün problemli kreditlərin Azərbaycanda bank sektoru üzrə orta göstərici 6,3% olub.

Rəqəmlərdən də göründüyü kimi “Premium Bank” ASC-nin problemli kreditləri ölkə üzrə qeydə alınan orta göstəricidən dəfələrlə yüksəkdir.

Məlumat üçün bildirək ki, "Premium Bank”ın əsas səhmdarı bir-neçə gün əvvəl AZAL-ın prezidenti vəzifəsindən azad olunan Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyevadır.

Hazırda bank səhmlərinin 84,5%-i Zərifə Həmzəyevaya məxsusdur.

Bənzər yazılar

0.16387510299683