Ukraynanın Dnepr şəhərində sərxoş kişi evinin pəncərəsindən həyətdə oynayan uşaqlara qumbara atıb.
İnsident nəticəsində 11 yaşlı uşaq xəsarət alıb.
İlkin məlumata görə, 54 yaşlı sərxoş kişi həyətdə oynayan uşaqların səs salmasına etiraz olaraq bu addımı atıb.
Artıq hadisəni törədən şəxs saxlanılıb. Polis onun evində axtarış aparıb. Nəticədə evdən daha iki qumbara və patronlar aşkar edilib.
Mənbə: Baza “Telegram” kanalı