Nazir Vilayət Eyvazov əmr imzaladı: Şəmkir rayon DYP-sinə yeni baş inspektor təyin edib

 02-09-2023

Şəmkir Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinə yeni baş inspektor təyin edilib.

APA.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis baş leytenantı Musayev Çərkəz Akif oğlu adıçəkilən qurumda baş inspektor vəzifəsini icra edəcək.

Ç.Musayev bu təyinata qədər Qax Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsin yol patrul xidmətinin baş inspektor vəzifəsində çalışıb.

 

Bənzər yazılar

0.33355283737183