“Bəlkə həmişəlik baş götürüb bu ölkədən getmək vaxtıdır?” – Çingiz Abdullayev

 02-09-2023

Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev Azərbaycanı tərk etmək istədiyini bildirib.

Tanınmış yazıçı bu barədə sosial şəbəkədə paylaşımında yazıb.

Ç.Abdullayev sosial şəbəkədə ona qarşı olan hücumlardan cana gəldiyini ifadə edib: “Bu axmaq zarafatlardan bezmişəm. “Axmaqlar” yazsam inciyəcəklər. “Yaramazlar” yazacağam, daha da inciyəcəklər. Onların hamısı məni bezdirib. Bəlkə birdəfəlik çıxıb getməyim daha doğru olar?! Çox pis oluram. Bu mənim ölkəmdir, mənim şəhərimdir. Bu şəhərin ləhcəsində danışdığım üçün belə, qınanıram. Belə də yaşayırıq! Həddindən artıq adekvat olmayan adamlar var. Bu isə bütün hər şeyi korlayır. Artıq nəsə etmək, qərar vermək vaxtıdır!” - deyə yazıçı vurğulayıb.

O, sözügdən statusu rus dilində yazıb. Görünür, daha tənqid hədəfinə tuş gəlməmək üçün belə seçim edib.

Abdullayev bundan öncə "Biz yeganə millətik ki, bir əsrdə dörd dəfə əlifba dəyişmişik" çıxışı edərək bir növ onun Azərbaycan dilində qüsurlu status yazmasını tənqid edənlərə xitab etmişdi. 

"Mənim xatirimdədir, bizim elə yazıçılarımız var idi ki, hətta ərəb qrafikası ilə yazırdılar. Çünki öyrəşmək çətindir", - o söyləyib.

 

 

Bənzər yazılar

0.28613591194153