Bakı Dövlət Universiteti dənizdə batan tələbə ilə bağlı məlumat yayıb.
Universitetin Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecin sonuncu kurs tələbəsi Səfər Niftaliyev bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. S. Niftaliyevin meyiti bu gün səhər saat 5 radələrində tapılaraq ailəsinə təhvil verilib.
Universitetdən bildirilib ki, o, kollecin Tələbə Gənclər Təşkilatının sədr müavini və çox aktiv tələbə olub.