Səfir Cahit Bağçı: Türkiyə özünün topunu, tankını, savaş gəmisini icad edəcək ölkəyə çevrilib

 30-08-2023

Azərbaycan üçün işğaldan azad olunan torpaqlara dönüşün yaşandığı bu günlərdə məhz burada Türkiyənin Zəfər Gününü qeyd eləməyinin sevincini yaşayırıq.

APA xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Türkiyənin Zəfər Gününə həsr olunmuş mərasimdə çıxışı zamanı deyib.

"Türkiyə artıq özünün topunu, tankını, savaş gəmisini icad edəcək ölkəyə çevrilib. Bütün bunlar şanlı Türkiyə yüz ilinin başlanğıcıdır", - səfir qeyd edib.

Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev isə qeyd edib ki, bu gün Azərbaycan ilə Türkiyə arasında münasibətlər ən yüksək səviyyədədir.

"Əlaqələrin bu səviyyəyə çatmasında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın müstəsna rolu var", - Qərargah rəisi əlavə edib.

General-polkovnik ölkələrimiz arasındakı tarixi, dini və mədəni əlaqələrin hərbi sahədə əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaratdığını vurğulayıb: “Haqlı mübarizəsində Azərbaycanın yanındayıq”.

O bildirib ki, Bakıdakı diplomatik missiyalar, hərbi attaşələr və media qurumlarının təmsilçiləri ilə birlikdə Ağdam-Xankəndi yolundadır:

“Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Xankəndiyə aparmağa səy göstərdiyi humanitar yük və mövcud vəziyyət barədə diplomatik missiyaları və medianı məlumatlandırdı”.

Səfir qeyd edib ki, Türkiyənin beynəlxalq ictimaiyyətdən gözləntisi regionda sülh və sabitliyin təmin olunması üçün dost və qardaş Azərbaycanın ərazi bütövlüyü, suverenliyi üçün atdığı addımların, o cümlədən Bakının humanitar yardım səylərinin dəstəkləməsidir.

“Məsələni Azərbaycanın ərazi bütövlüyü və suverenliyindən ayrı qiymətləndirərək ərazidə humanitar böhran varmış kimi göstərmək doğru deyil. Bu addımlar sülh prosesinin ləngiməsinə səbəb olur”.

Onun sözlərinə görə, Azərbaycan torpaqlarında baş verən hadisələrin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində nəzərə alınması vacibdir:

“Qarabağ zəfərindən sonra istifadə edilən tək bir ifadə var: Qarabağ Azərbaycandır! Türkiyənin mövqeyi də budur. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımaq vacibdir. Ortada üç ildir davam edən sülh prosesi var. Bununla bağlı Vaşinqtonda, Brüsseldə, Moskvada görüşlər keçirilib. Türkiyə məhz sülh prosesini dəstəkləyir və elə Ermənistanla da münasibətlərin normallaşmasına çalışır. Biz bu normallaşma istiqamətində addımları sülhə töhfə vermək üçün atırıq”.

Türkiyəli diplomat bildirib ki, üç ildir davam edən sülh prosesi içərisində humanitar böhran yaratmaq cəhdləri sülhə töhfə verməyəcək, əksinə, prosesi ləngidəcək:

“Məsələ əgər qida təminatıdırsa, Azərbaycanın bu istiqamətdə təqdim etdiyi həll yolu var. Ağdam-Xənkəndi yolundan istifadə edilə bilər. Azərbaycan bütün ehtiyacları qarşılayır. Bu gün Azərbaycan Qızıl Aypara Cəmiyyəti ermənilərə un gətirib, bu un qəbul edilməlidir, ancaq hələ danışıqlar davam edir. Azərbaycanın bu istiqamətdəki cəhdlərinin görməzdən gəlinməsini qəbul etmirik”.

Bənzər yazılar

0.34520101547241