Gəncədə məktəb direktoru intihara cəhd edib.
MillətinSəsi.info “Kriminalqafqaz”-a istinadən xəbər verir ki, İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktoru Mətanət Qarayeva 14 ədəd dərman həbi içərək qəsdən özünü zəhərləyərək intihar etməyə çalışıb. O dərhal xəstəxanaya çatdırılıb və tibbi yardım göstərilib.
Hələlik M.Qarayevanı dindirmək mümkün olmayıb.
Onun hansı səbəbdən həyatına qəsd etmək istəməsi hələ məlum deyil.