ADY sabiq deputatın “Karat Holdinq” MMC şirkətini MƏHKƏMƏYƏ VERDİ

 22-06-2022

"Azərbaycan Dəmir Yolları" ölkənin tanınmış un istehsalçısı olan “Karat Holdinq”i məhkəməyə verib.

“Kriminalqafqaz”ın məlumatına görə, tərəflər arasında öhdəliklərlə bağlı problem yaranıb. Belə ki, stansiya xidmətlərinə görə yığımların tutulması baxımından ADY “Karat Holdinq” tərəfindən 103 076 manat ziyana düşdüyünü iddia edib.

İddia Bakı Kommersiya Məhkəməsində icraata götürülüb. İşə hakim Zeynəb Axundovanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, “Karat Holding” 10-dan çox şirkəti özündə birləşdirən iri qurumdur. “Karat” MTK, “Azİnvest” tikinti şirkəti, “Karmen” dəyirmanı, makaron, kisə və quşçuluq fabrikləri, “Marina Plaza” oteli, “Premium” market məhz bu holdinqə daxildir.

Mediada yayılan məlumatlarda "Karat Holding"in sabiq deputat Əsabil Qasımova məxsus olduğu deyilir. Hazırda şirkətə onun qohumu, qaynı İqdam Umudov rəhbərlik edir.

“Karat Holdinq” MMC-nin tərkibinə aşağıdakı şirkətlər daxildir:

Karat MTK
İdeal MMC
Azİnvest Tikinti Şirkəti
Everest-M
Şin Servis
Karmen MMC dəyirmanı
Hökməli Makaron Fabriki
Hökməli Kisə Fabriki
ASTEL MMC Quşçuluq Fabrikləri
Gəncə Fatoğlu un dəyirmanı
Marina Plaza oteli
Premium market (mənbə: wikipedia)

Xatırladaq ki, Azərbaycan Dəmir Yollarına 7 il rəhbərlik etmiş Cavid Qurbanov ötən ay vəzifəsindən azad edilib.

Bənzər yazılar

0.21948909759521