Nazir Kəmaləddin Heydərov Seymur Qaraşovun rəhbəri olduğu idarəni ləğv etdi

 30-08-2023

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun Fövqəladə Halların Xəbərdar Edilməsi və Daxili Təhlükəsizlik Baş İdarəsini ləğv edib iki fərqli qurum yaratdığı bildirilir.

Bu barədə “Qaynarinfo” məlumat yayıb.

Qeyd olunur ki, yeni yaradılan qurumlar Fövqəladə Halların Xəbərdar Edilməsi İdarəsi və Daxili Təhlükəsizlik Baş İdarəsidir.

Qeyd edək ki, ləğv olunduğu deyilən Fövqəladə Halların Xəbərdar Edilməsi və Daxili Təhlükəsizlik Baş İdarəsinə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun oğlu, polkovnik Seymur Qaraşov rəhbərlik edirdi. Onun sözügedən vəzifədən azad edildiyi və yeni yaradılan Daxili Təhlükəsizlik Baş İdarəsinə rəis təyin edildiyi bildirilir.

Fövqəladə Halların Xəbərdar Edilməsi İdarəsi və Daxili Təhlükəsizlik Baş İdarəsinin Seymur Qaraşovdan öncəki rəisi, polkovnik Sahib Rzayevin isə Fövqəladə Halların Xəbərdar Edilməsi İdarəsinin rəisi təyin olunduğu iddia edilir.

Xatırladaq ki, ötən ay Seymur Qaraşov Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəis müavini vəzifəsindən azad olunaraq, nazirliyin Fövqəladə Halların Xəbərdar Edilməsi və Daxili Təhlükəsizlik Baş İdarəsinin rəisi təyin edilmişdi.

Bənzər yazılar

0.16453194618225