Mayorkadakı Manakor şəhərindən olan Anxel Adrover adlı şəxs Ukraynadakı müharibə zamanı həlak olub.
Bu barədə məlumatı İspaniya Xarici İşlər Nazirliyindəki mənbələr təsdiqləyiblər.
Adroverin ölümü ilə bağlı faktı araşdıran İspaniya səfirliyindən məlumat verilib. Yaxın günlərdə meyitin İspaniyaya göndərilməsi məsələsinin həlli ilə bağlı səfirlik Adroverin ailəsi ilə əlaqə saxlayır.
Adrover Ukraynaya müharibədə iştirak etmək üçün gedib, lakin döyüşdə həlak olub-olmadığı məlum deyil.
“Ultima Hora” qəzetinin yazdığına görə, gənc anasına Ukraynadakı müharibəyə könüllü olaraq humanitar işlərlə bağlı getdiyini deyib.
Mənbə: Yevropeyskaya pravda