Dmitri Muratov Nobel medalını ukraynalı uşaqlara kömək üçün BÖYÜK MƏBLƏĞƏ SATIB

 21-06-2022

2021-ci il Nobel Sülh Mükafatı laureatı, “Novaya qazeta”nın baş redaktoru Dmitri Muratovun medalı hərracda 103,5 milyon dollara satılıb.

Hərrac Nyu-Yorkda keçirilib. Alıcının adı məlum deyil.

Mükafatın satışından əldə olunan bütün gəlirlər ukraynalı qaçqın uşaqlara və onların ailələrinə kömək məqsədilə Birləşmiş Millətlər Təşkilatının Uşaq Fonduna (UNICEF) göndəriləcək.

Bu, mükafat tarixində Nobel medalının ən yüksək qiyməti olub.

Dmitri Muratov Nobel Sülh Mükafatına layiq görülən ilk Rusiya vətəndaşı olub. Rusiyanın Ukraynaya müdaxiləsindən sonra “Novaya qazeta” Ukraynada müharibə bitənə qədər qəzetin öz internet səhifəsində, sosial şəbəkələrdə və kağız formada nəşrini dayandırdığını elan edib. Nəşr bu qərarı “Roskomnadzor”dan ikinci xəbərdarlığı alması ilə izah edib, buna əsasən, “qəzet fəaliyyətini davam etdirə bilməz”.

Mənbə: DW

Bənzər yazılar

0.1965811252594