Azərbaycanda şəkər tozunun QİYMƏTİ ARTIB

 21-06-2022

Azərbaycanda şəkər tozunun topdansatış qiymətində artım qeydə alınıb.

“Unikal”ın məlumatına görə, Bakıda şəkər tozunun 50 kiloqramlıq bir kisəsinin qiyməti 75 manata təklif olunur. İndiyədək həmin məhsul 67 manata satılırdı.

Bölgələrdə isə 50 kiloqramlıq şəkər tozunun bir kisəsinin qiyməti 50-75 manat arasında dəyişir.

Onu bildirək ki, bu ilin yanvar-mart aylarında Azərbaycanda 314,1 min ton çörək və çörək-bulka məmulatları istehsal edilmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə nisbətdə 1.7% çoxdur. 

Dövlət Statistika Komitəsindən verilən xəbərə əsasən, bu ilin birinci rübündə ölkədə 79,9 min ton ət (quş əti daxil olmaqla) istehsal edilib (2,7% artım).

Bundan başqa, yanvar-mart aylarında Azərbaycanda qənd və şəkər tozu istehsalı 8,6 dəfə artaraq 58,3 min ton təşkil edib.

Bənzər yazılar

0.21332192420959