Təcili Yardım Avtobazası təcili yardəm maşınları üçün “Technoil” MMC-dən 148.691,8 AZN dəyərində təcili mühərrik, transmissiya yağları alır.
Qaynarinfo xəbər verir ki, şirkət avtobazanın bununla bağlı elan etdiyi satınalma müsabiqəsinin qalibi olub.
“Technoil” MMC 10 mart 2015-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 11 688 495 AZN olan şirkətin hüquqi ünvanı Sumqayıt şəhəri, Sülh küçəsi, məhəllə 76-da yerləşir. MMC-nin qanuni təmsilçisi Zeynalova Rumidə Ağabəy qızıdır.
Şirkətin həmtəsisçilərindən biri isə fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyevin oğlu Elvin Hacıyevdir.
Elvin Hacıyev özü də “Technoil” MMC ilə bağlılığını gizlətmir. O, bir neçə il əvvəl yerli mediaya verdiyi müsahibədə “Technoil” MMC-nin ailəsindən gələn layihə olduğunu bildirib.