Xanıma villa hədiyyə edən icra başçısı Siraqəddin Cabbarov QAZİLƏRİ QƏBUL ETMİR?! - ŞOK İDDİA + VİDEO

 20-06-2022

Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı barədə sensasiya sayıla biləcək məlumatlar yayılıb. 

MillətinSəsi.info xəbər verir ki, Gündəlik Bakı 2008-ci ildən 2019-cu ilə qədər Saatlı Rayon İcra Hakimiyyətinin, 2019-cu ildən bugünədək isə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı postunu tutan Siraqəddin Cabbarovun Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev sayəsində vəzifə aldığını yazıb. 

Bildirilib ki, məhz Ramiz Mehdiyevin “xeyir-duası” ilə Cabbarov əvvəlcə Saatlının, daha sonra Sabirabadın icra başçısı postuna gətirilib.  

“Siraqəddin Cabbarov 1959-cu ildə İmişlidə doğulub, 1981-ci ildə Politexnik İnstitutunu mexanik ixtisası üzrə bitirb. Bakı Metaləritmə zavodunda komsomol katibi olub, 1989-cu ildən 2008-ci ilə kimi Binəqədi Rayon İcra Hakimiyyətində Təsərrüfat şöbəsinin müdiri və başçının müavini olub”, - məqalədə bildirilib. 

İddiaya görə, S.Cabbarov Binəqədidə icra başçısının müavini olarkən müxtəlif avtobus marşrutlarını əlinə keçirib, rayon ərazisində xeyli sayda ticarət obyekti, mülkləri var. Hətta Binəqədidə dəyəri yüzminlərlə ölçülən villa tikdirib, bir xanıma ad günündə hədiyyə edib.  

“Bir xanıma villa hədiyyə edən Sirqadəddin Cabbarov Qarabağ qazisinin ailəsini qəbul etmək istəmir. Qazilər yazır ki, bu adam niyə bizə nifrət edir?” – məqalədə iddia edilib.

Bənzər yazılar

0.2227737903595