“Nikosayağı”nın son vəziyyəti açıqlandı: “Müalicə prosesi davam edir”

 19-08-2023

“Bloqer Nicat Şakirlinin ümumi vəziyyəti stabil olaraq qalır”.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın yol-nəqliyyat hadisəsində qolunu itirən bloqerin vəziyyəti ilə bağlı sorğusuna cavab olaraq bildirilib.

“Reanimasiya şöbəsində müalicələri aparılan Nicat Şakirlinin vəziyyəti qənaətbəxş hesab edilir. Xəstənin lazımi müayinələrdən keçirilməsi və dinamik müşahidə davam etdirilir. Rutin müalicə prosesi aparılır”.

Xatırladaq ki, sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirli qəzaya düşüb. Hadisə Heydər Əliyev prospektində qeydə alınıb. N.Şakirli idarə etdiyi “Porsche” markalı avtomobili ilə TIR-a çırpılıb. Qəza nəticəsində bir nəfər ölüb, ağır bədən xəsarətləri alan bloqer isə xəstəxanaya aparılıb.

 

Bənzər yazılar

0.33770704269409