"ABŞ istefam üçün deputatlara 1 milyon ÖDƏYİB" - Pakistanın sabiq baş naziri İMRAN XAN

 19-06-2022

İmran Xan Rusiyanın  Ukraynanı işğal etdiyi gün Vladimir Putinlə görüşündən sonra ABŞ-ı “ona qarşı etimadsızlıq səsverməsi vasitəsi ilə hakimiyyətdən uzaqlaşdırmağa çalışmaqda” ittiham edib.

MillətinSəsi.info “Daily Mail”a istinadla xəbər verir ki, Pakistanın sabiq baş naziri partiyasının deputatlarının ona qarşı çıxmaq üçün ABŞ-dan “bir milyon dollar rüşvət aldığını” iddia edib.

O bildirib ki, buna səbəb fevralın 23-də Moskvaya getməsi və Rusiya qüvvələrinin Ukraynaya hücuma keçdikdən bir neçə saat sonra Putinlə üzbəüz danışıqlar aparması olub.

“Putinin öz qoşunlarını göndərəcəyindən xəbərim yox idi, bunu orada olanda bildik. Biz Rusiya ilə münasibətləri yaxşılaşdırmağa çalışdıq, illərdir orada bir dənə də olsun Pakistan dövlət başçısı olmayıb. Gedib, səfəri yarımçıq qoyub evə qayıtmalı idik? Bunun üçün müəyyən xal qazana bilərdim. Amma bizim Rusiya ilə onsuz da donmuş münasibətlərimiz bitəcəkdi. Sonda biz öz ölkəmizi və vətəndaşlarımız üçün nəyə ehtiyac olduğunu düşündük”, - deyə Xan bildirib.

Bənzər yazılar

0.20014405250549