“Ərazilərin minalardan təmizlənməsi və bərpası çox vacibdir. Mən 6 ay əvvəl burada olmuşam və çox böyük irəliləyiş görürəm”.
“Report” xəbər verir ki, bu fikirləri Şuşada səfərdə olan UNESCO-nun xoşməramlı səfiri Gedva Ser deyib.
Səfir, həmçinin minalardan təmizləmə prosesinin çox vacib olduğunu qeyd edib.
“Biz minalardan təmizləmə prosesinə kömək etmək üçün bunu başa düşən mütəxəssisləri çağırmalıyıq”, - Gedva Ser vurğulayıb.