Şəhid və qazi övladları üçün Tovuzda yay düşərgəsi keçirilib 

 15-08-2023

Şəhid və qazi övladlarının fərdi inkişafına dəstək olan “ƏMANƏT” layihəsinin təşkilatçılığı ilə 11-15 avqust tarixi aralığında təşkil olunan 3-cü yay düşərgəsi başa çatıb. 

Tovuz rayonunda 5 günlük düşərgədə 38 nəfər şəhid və qazi övladı, 6 nəfər valideyn iştirak edib. Düşərgənin əyləncəli və faydalı keçirilməsi məqsədilə iştirakçıları üçün təlimçilər tərəfindən müxtəlif şəxsi inkişaf təlimləri, master klasslar, ekskursiyalar, əyləncəli oyunlar və yarışlar təşkil olunub.

Qeyd edək ki, “ƏMANƏT - Şəhid və qazi övladlarının fərdi inkişafına dəstək” layihəsi Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbədən dərhal sonra fəaliyyətə başlayıb. İndiyədək Bakı, Sumqayıt, Mingəçevir, Gəncə, Qobustan, Şamaxı, Qusar, Sabirabad, Salyan, Neftçala şəhərlərində 200-dən çox şəhid və qazi övladı ziyarət edilib. Ziyarət edilən zaman hər ailəyə dərs ləvazimatları, bədii və uşaq ədəbiyyatı, müxtəlif yaş qrupuna görə hədiyyələr verilib.

Hazırda layihənin dəstəyi ilə 250-dən artıq şəhid və qazi övladı, eyni zamanda, həyat yoldaşları təhsil alır. 150-yə yaxın müəllim, psixoloq, loqoped, həkim və s. sahə mütəxəssisləri xidmət göstərir.

Bənzər yazılar

0.32273006439209