Rusiya sülhməramlılarının nəzarəti altında erməni separatçıların təxribat hazırlığı - VİDEO

 14-08-2023

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindəki qeyri-qanuni erməni silahlı dəstələri təxribat əməllərini davam etdirirlər.

APA xəbər verir ki, əldə edilmiş görüntülərdən aydın olur ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindəki qeyri-qanuni erməni silahlı dəstələri Ordumuzun mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğuları quraşdırmağa, yeni mövqelər quraraq, orada tərtiblənməyə cəhd göstərirlər.

Qeyri-qanuni erməni silahlı dəstələrinin bu kimi təxribat əməlləri son vaxtlar daha da intensivləşib.

Rusiya sülhməramlı kontingentinin (RSK) müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindəki qeyri-qanuni erməni silahlı dəstələrinin döyüş texnikasının kaponirləri müşahidə edilir.

Oxu.az-ın məlumatına görə, qanunsuz erməni silahlı qruplaşmaları döyüş texnikasını maskalamaq üçün mühəndis işlərini davam etdirirlər.

Qeyd edək ki, bir qədər öncə qanunsuz erməni silahlı dəstələrinin üzvlərinin Qarabağ iqtisadi rayonunun yaşayış məntəqələrinə müxtəlif artilleriya qurğuları və hərbi texnika toplaması, burada atəş mövqeləri hazırlasını əks etdirən görüntülər paylaşılmışdı.

Hərbi ekspert Ramil Məmmədli “Caliber” nəşrinin Qarabağa silah daşınması ilə bağlı səsləndirdiyi iddiaya münasibət bildirib.

R. Məmmədli hesab edir ki, 10 noyabr 2020 bəyanatından sonra Qarabağa silah daşınıb:

“Hətta DTX rəisinin müavini Ceyhun Şadlınskinin ötən ilin oktyabrında bununla bağlı məlumat xarakterli açıqlaması olmuşdu. Bundan sonra ekoloqların aksiyası, eləcə də Laçın ərazisində sərhəd-keçid məntəqəsinin qurulması prosesi məhdudlaşdırıb. Yəni Ermənistan ərazisindən artıq Qarabağa hərbi texnikanın gətirilməsi mümkün deyil. Mən “Caliber”in bu informasiyanı hansı formada əldə etdiyini, yaxud Qarabağa silahların hansı formada daşındığını bilmirəm. Lakin ola bilər ki, onlar daxildəki yerdəyişməni nəzərdə tutsunlar”. 

Müsahibimiz aydınlaşdırıb ki, Qarabağ ərazisində Ermənistan Müdafiə Nazirliyinin Əlahiddə Ümumqoşun Ordusunun bölmələri hələ də xidmət aparır:

“Hətta erməni separatçılarına məxsus hərbi birləşmələr də mövcuddur ki, onlarda orada xidmət aparırlar. Ola bilsin ki, “Caliber” bunu, yəni mühəndis-istehkam işlərinin, eləcə də yerdəyişmənin həyata keçirilməsini nəzərdə tutub. Çünki praktiki olaraq Qarabağa silah daşımaq hazırda mümkünsüzdür”. 

Bənzər yazılar

0.15476989746094