Muxtar Babayevin diqqətinə: Dövlət meşə fondu torpaqları qazılıb daşınır

 14-08-2023

“Masallıda dövlət meşə fondu torpaqları qazılıb daşınır. Yerli ekologiya işçiləri isə buna göz yumur. Deyillər ki, guya onun 2025-ci ilə kimi Xammal Ehtiyyatları Agentliyindən icazəsi olduğu üçün bunu edə bilər. Halbuki, qazılan yerlərin əksəriyyəti dövlət meşə fondu torpağıdır və buna görə orada heç bir halda qazıntı aparıla bilməz”.

Bu barədə “Ecofront” məlumat yayıb.

Məlumatda bildirilir ki, qazıntı işləri aparılan yerlər Masallıda “İsti Su” adlanan ərazidə olan Viləş çay yatağı ilə həmsərhəd olan meşə torpaqlarıdır. Qazıntı zamanı ərazidə mövcud olan təbii bərpa belə buldozerin bıçağının ağzına verilərək məhv edilib.

Qeyd edək ki, 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin xidməti ərazisində tez-tez bu cür hallar yaşanır. Meşə ərazilərinin fərdi ev və obyekt tikmək üçün satılması ilə bağlı kifayət qədər faktlar var…

Qazıntı işlərinin görüntülərini təqdim edirik:

Bənzər yazılar

0.11093997955322