Allahverdi Aydın: “Gəlirlərin artması əhalinin “avtobusa mindirilməsi” hesabına baş verib”

 14-08-2023

“Dövlət Statistika Komitəsi ev təsərrüfatları ilə bağlı hesabatını açıqlayıb. Məlum olur ki, son 20 ildə Azərbaycanda yoxsulluq səviyyəsi kəskin azalıb. Yəni, əhalinin gəlirləri artıb. Amma, məsələ budur ki, gəlirlərin artması əhalinin bəzi müxalifət partiyaları kimi “avtobusa mindirilməsi” hesabına baş verib”.

Bunu iqtisadçı ekspert Allahverdi Aydın sosial şəbəkə hesabında yazıb.

“Məsələn, 20 il əvvəl Azərbaycan əhalisinin gəlirlərinin təxminən 1/3-i (35,4%-i) kənd təsərrüfatı məhsullarının istehsalından əldə olunurdu.

20 il sonra – 2022-ci ildə kənd təsərrüfatı məhsullarının istehsalından əldə olunan gəlirlər əhalinin ümumi gəlirlərinin cəmi 1/10-ni (10,7%-i) təşkil edib.

Cədvəldən də göründüyü ki, son 20 ildə əhali əlindəki mülkiyyəti demək olar ki, tamamilə itirib.

Gəlir gətirən 2 mühim sahə - kənd təsarrüfatı sahələri və mülkiyyət (əsasən daşınmaz əmlak) itirilib.

Əvəzində pensiyalar, maaş, başqalarından alınan yardımlar artıb.

P.S. Ümid etmək istəyirəm ki, gəlirlərini müstəqil şəkildə təmin edə bilməyən və iqtisadi cəhətdən başqalarından (əsasən hökumətdən) asılı vəziyyətə salınan vətəndaşların aqibəti “Avtobus müxalifətinin” aqibətinə bənzəməyəcək”, - A.Aydın qeyd edib.

Bənzər yazılar

0.10771799087524