Azərbaycanda qəzalı körpünü kustar üsulla təmir edirlər - VİDEO

 13-08-2023

Sabirabadın Sarxanbəyli kəndi sakinləri körpünün təmirinə etiraz edirlər.

Görüntüləri rayon sakinləri çəkərək “Xəzər Xəbər”ə göndərdiblər.

Vətəndaşlar qəzalı halda olan körpünün bu formada təmirindən narazıdırlar.

1990-cı ildən istifadəyə verilən körpüdən Sarxanbəyli, eləcə də ona yaxın olan qonşu bir neçə kəndin sakinləri istifadə edirlər. Artıq uzun müddətdir ki, körpü  üzərində ağırtonnajlı kənd təsərrüfatı texnikaları hərəkət etdiyindən körpüdə çatlar və müəyyən hissəsində çökmələr əmələ gəlib. Bunun da nəticəsində sakinlərin müraciəti  əsasında körpüdə təmir işlərinə başlanılıb.

Baş Mil-Muğan Kollektorunun İstismarı İdarəsinin rəisi Bulat Ağabəyov bildirib ki, körpüdə aparılan təmir işi sakinlərin müraciəti əsasında qurumun öz balansı hesabına aparılır.

B.Ağabəyov onu da qeyd edib ki, körpünün təmiri planda yoxdur. Körpüdə sadəcə uçmuş yerlərin bərpası aparılıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 

Bənzər yazılar

0.2979531288147