“Zirə” Azərbaycan millisinin yarımmüdafiəçisini TRANSFER EDİB

 17-06-2022

“Zirə” heyətini yeni futbolçu ilə gücləndirib.

Bu barədə klubun rəsmi saytında məlumat yayılıb.

Bildirilib ki, “qartallar” Azərbaycan millisinin yarımmüdafiəçisi Rəhim Sadıxovla anlaşıb. 26 yaşlı oyunçu ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, son klubu “Sumqayıt” olan Rəhim Sadıxov daha əvvəl Rusiyanın “Solyaris” (Moskva) və “Torpedo” (Moskva) komandalarında çıxış edib.

Bənzər yazılar

0.21781206130981