Ukrayna millisinin və İtaliyanın “Atalanta” klubunun yarımmüdafiəçisi Ruslan Malinovski “Yuventus”un oyunçusuna çevrilə bilər.
“Atalanta” cari mövsümü icarə əsasında “Berqamo”da keçirən “Yuventus”un türkiyəli mərkəz müdafiəçisi Merih Demiralı almaq istəyir.
Qeyd olunur ki, M. Demiralın qiyməti 25 milyon avrodur.
“Atalanta” rəhbərliyi bu məbləği ödəməkdə çətinlik çəkdiyinə görə, klubu “Qoca sinyora”ya Ruslan Malinovskini təklif etmək istəyir.
Hazırda hər iki İtaliya klubu arasında müzakirələr aparılır.
Mənbə: Sport.Unian