"Pokrovka” restoranının sahibi cərimələndi — İş Baş Prokurorluğa göndərildi

 10-08-2023

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Bakı şəhəri, Səbail rayonu, Rafiq İskəndərov küçəsində fəaliyyət göstərən "Pokrovka” restoranının həyətyanı sahəsində ağac kəsintisi faktı müəyyən olunub. 

Xidmət rəsmisi Qafar Ağayev bildirib ki, araşdırma zamanı ağacın sözügedən restoran tərəfindən kəsildiyi məlum olub. 

Faktla bağlı akt tərtib edilib:

“Yaşıllığa dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib”.

Bənzər yazılar

0.18054413795471