İstanbulun Ataşehir rayonunda motosikletçi idarəetməni itirərək yol kənarında dayanmış avtomobilə çırpılıb.
Zərbənin gücündən motosikleti idarə edən şəxs yolun avtomobillər üçün nəzərdə tutulan hissəsinə düşüb.
Motosikleti idarə edən sürücü yoldan keçən başqa bir avtomobilin altında qalmaqdan son anda xilas olub.
Qəza anı avtomobilin videoreqistratoru tərəfindən qeydə alınıb.
Mənbə: İhlas Haber Ajansı (İHA)