"Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyəti barəsində vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan (İcbari sığorta müqaviləsinin bağlanmaması) inzibati xəta protokolu tərtib olunub.
Valyuta.az-ın məlumatına görə, protokol İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsinə əsasən, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 300 manat məbləğində cərimə edilir.
İşə Səbail Rayon Məhkəməsinin hakimi Günel Səmədovanın sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, İlham Mirzəliyev "Azəristiliktəchizat" ASC-nin sədri vəzifəsini müvvəqəti icra edir.