Türkiyənin “Qalatasaray” futbol klubunun uruqvaylı qapıçısı Fernando Muslera üçüncü dəfə ata olub.
Futbolçu xəbəri özünün “Instagram” səhifəsində ictimailəşdirib.
“Ad günümdə taleyin mənə verə biləcəyi ən gözəl hədiyyə... Dominique, həyatımıza xoş gəlmisən”, - qapıçı paylaşdığı fotoya şərhində yazıb.