Xəzərin ən təhlükəli çimərlikləri - Dövlət rəsmisi bu ərazilərdə çimməməyə çağırdı

 08-08-2023

"Yerli icra nümayəndələri ilə birgə aparılan monitorinqlər göstərib ki, Xəzər dənizinin sahilində təhlükəli çimərliklər mövcuddur. Həmin ərazilərə xüsusi qadağanedici nişanlar yerləşdirilib. Vətəndaşları Şüvəlan qəsəbəsində "Mil-Qaya" və "Şimal Qres" adlanan ərazi, Nardaranla Bilgəh arasında yerləşən "12-ci dalan" adlanan yer, Kürdəxanı qəsəbəsində Ləhiş bağları, "Estekada" deyilən ərazi, Qaradağ rayonunda "Mayak" çimərliklərindən istifadəyə etməməyə çağırırıq".

Bu sözləri Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Sularda Xilasetmə Xidmətinin mətbuat katibi Aqşin Əlili bildirib.

FHN rəsmisi əlavə edib ki, bu ərazilər ona görə təhlükəlidir ki, suyun axını normadan artıqdır: "Eyni zamanda sualtı relyef, qəfləti dərinliklər müxtəlif daş və qaya parçaları ilə zəngindir ki, bu da bədbəxt hadisələrin baş verməsi ilə nəticələnir. Vətəndaşlar bu məsələdə diqqətli olmalı və bu kimi ərazidən istifadə etməməlidir".

 

Bənzər yazılar

0.39561820030212