Sığınacağa edilən hücumun təfərrüatı bəlli oldu: “Uşaqlardan birinin atası həbsdədir”

 07-08-2023

Ötən gün Bakıda uşaq sığınacağına edilən hücumun təfərrüatı bəlli olub. Belə ki, hücuma səbəb küçədə diləndirilən doqquz və on iki yaşlı uşaqların sığınacağa gətirilməsidir.

Bu barədə Oxu.Az-a Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.

Onun sözlərinə görə, ötən gün səhər saatlarında metronun “20 Yanvar” stansiyasının keçidlərindən birində diləndirilən doqquz və on iki yaşlı uşaqlar sığınacağa gətiriliblər:

“Uşaqların dediklərinə görə, əmioğlu-əmiqızıdırlar. Bu uşaqların diləndikləri yerdə görüntüləri də var. Onlar polis əməkdaşları tərəfindən Azərbaycan Uşaqlar Birliyinin sığınacağına təhvil veriliblər. Biz uşaqlarla iş apardıq. İlkin olaraq gigiyenik vəziyyətlərini qaydaya saldıq. Onlar gətiriləndə çox bərbad durumda idilər. Uşaqların heç biri məktəbə getmir. Onların təhsildən yayındıqları məlum olub. İki uşaqdan birinin valideyni, daha dəqiq desək, atası, dediyinə görə, həbsdədir. Hər iki uşağın valideynləri Ağstafa rayon sakinləridir. Onlar qaraçı uşaqlarıdır. Təəssüf ki, uşaqların heç birinin hüququ qorunmur.

Azərbaycan qanunvericiliyində belə bir qayda yoxdur ki, əgər uşaq qaraçıdırsa, təhsildən yayındırılmalı və diləndirilməlidir. Biz bu uşaqlarla iş apardığımız müddətdə valideynlərinə övladlarının sığınacaqda olduğuna dair məlumat verdik”.

K.Ağazadənin sözlərinə görə, valideynlərə məlumat verdikdən bir qədər sonra ona zəng edərək hədə-qorxu gəliblər:

“Bildirdilər ki, səni öldürəcəyik, gör sənə nələr edəcəyik. Uşaqlardan birinin atası qazi olduğunu dedi. Bildirdi ki, gəlib həyətdə özünü yandıracaq. Sığınacağa gəlib qapıya daş, butulka atmağa başladılar. Sığınacaqda olan 30-a yaxın uşaq çox qorxdu. Onları sakitləşdirmək üçün əlimizdən gələni etdik. Ərazi üzrə polis idarəsinə məlumat verdik və dərhal əraziyə gələn əməkdaşlar həmin şəxsləri izahatlarının alınması üçün müvafiq polis idarələrinə apardılar. Bu gün uşaqlar sığınacaqdadırlar. Artıq bu iki uşağın məcburi əmək qurbanı olduqlarına dair dəlillərimiz var. Biz hər iki uşaqla bağlı Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə müraciət edəcəyik. Faktlarla bağlı araşdırmaya başlanılsın”.

Qeyd edək ki, ötən gün sığınacağa hücum edilib. Qapı-pəncərəyə daş və su butulkaları atılaraq Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadənin ünvanına təhdidlər səsləndirilib.

Bu rəsmi ifadə əlverişsiz əməliyyatlara marağını artırır və insanların adi haqlarını pozular. Özür diləyən bir qanunsuzluqdur ki, bir uşağun atasının həbsdə olması istifadə olunmuş vəziyyətdir. Təzahür edən bu qeyri-mənsubiyyət təxəyyünlüyü, ölkədə torpaq haqqının pozulmasını və mütəxəssisə xilasız qayğıyı da çətinləşdirə bilər.

Bənzər yazılar

0.3664379119873