Ceyhun Məmmədov: “Azərbaycan bu gün dünyanın müxtəlif forumlarının keçirildiyi mərkəzə çevrilib”

 15-06-2022

Azərbaycan yalnız ölkədaxili proseslərə deyil, eyni zamanda dünyada gedən proseslərə öz töhfəsini verməyə çalışır, qlobal təşəbbüslərlə çıxış edir. Bu da onu göstərir ki, ölkəmiz bu gün dünyanın müxtəlif forumlarının, konfranslarının, mühüm tədbirlərinin keçirildiyi məkana və mərkəzə çevrilib.

Bunu “Report” Milli Məclisin deputatı Ceyhun Məmmədov IX Qlobal Bakı Forumundan danışarkən deyib.

Millət vəkili bildirib ki, bu gün Azərbaycan dünyada müxtəlif konfransların, forumların keçirildiyi bir məkana çevrilib:

“Biz davamlı olaraq Azərbaycanda müxtəlif forumların keçirildiyinin şahidi olmuşuq, burada mədəniyyətlərarası dialoqları, dinlərarası dialoqları, eyni zamanda qlobal forumu qeyd edə bilərik. Bu qlobal forumun çox böyük əhəmiyyəti var. Bu gün dünyada bildiyiniz kimi Davos İqtiadi Forumu var, Münhen Təhlükəsizlik Konfransı var. Davos forumunda iqtisadi məsələlər, Münhen konfransında isə təhlükəsizlik məsələləri müzakirə edilir. Bakı Qlobal Formunda isə bütün mövzular üzrə müzakirələr aparılır və burada müasir dünyamızı narahat edən məsələlər geniş bir formada təhlil edilir”.

C.Məmmədov qeyd edib ki, IX Qlobal Bakı Forumunda dünyanın müxtəlif ölkələrindən vaxtilə prezident işləmiş, mühüm postlarda çalışmış şəxslərin iştirakı xaricdə ölkəmizə olan etimadı daha da artırır və bu ölkəmizin bir çox sahələrdə qazandığı uğurlara dəlalət edir.

“Əlbəttə, burada Prezident İlham Əliyevin rolunu biz xüsusi qeyd etməliyik. Azərbaycan dəfələrlə müxtəlif forumlarda, müxtəlif formatlarda müzakirələrdə öz mövqeyini, yanaşmasını nümayiş etdirib, BMT-də dəfələrlə qətnamələrlə çıxış edib, Qoşulmama Hərəkatı çərçivəsində çox mühüm addımlar atıb”, - deputat əlavə edib.

Bənzər yazılar

0.22526693344116