Daha 22 ailə Ağalı kəndinə köçürüləcək

 04-08-2023

Zəngilan rayonunun Ağalı kəndinə növbəti köç olacaq.

Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Belə ki, avqustun 4-də Dövlət Komitəsində növbəti mərhələdə Zəngilan rayonunun Ağalı kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirib. Tədbirdə Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəliyinin, Zəngilan Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər.

Püşkatmada 22 ailə (106 nəfər) iştirak edib. Ailə tərkibinə uyğun olaraq, onlardan 9-u üçotaqlı, 9-u dördotaqlı, 4-ü beşotaqlı fərdi yaşayış evi ilə təmin olunub. Həmin ailələr indiyədək Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşma yerlərində yaşayıblar.

Püşkatmanın keçirilməsi məcburi köçkünlərin yerləşdirilməsində obyektivliyi və şəffaflığı təmin etmək məqsədi daşıyır. Məcburi köçkün ailələrin nümayəndələri püşkatma vasitəsilə onlara verilən evlərin dəqiq ünvanını müəyyənləşdirirlər.

Püşkatmanın iştirakçıları doğma yurda qayıdışdan çox böyük sevinc hissi keçirdiklərini qeyd ediblər. Onlar işğaldan azad olunmuş ərazilərdə yaradılan şəraitə və məcburi köçkünlərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Püşkatmada iştirak etmiş ailələr, qrafikə uyğun olaraq, avqustun 12-də Ağalı kəndinə yola salınacaqlar.

Bu tarixdə 22 ailə Ağalı kəndinə köçürülməsi təbii olaraq çox böyük bir anlama malikdir. Bu ghələcəkdə daha yaxşı yaşama şəraitləri üçün ailələrin köçürülməsi üçün qüdrətin formalaşması ilə çox mühüm bir addım olacaqdır. Məhz bu visaqədə dəqiqləşdirmək üçün ölkə qurumları tərəfindən kömək istifadə edilməsi nə qədər önəmli və əhəmiyyətli göstərilməlidir. Xahiş edirəm ki, bu ailələrin yenidən yüksək mərhələdə yaşamaya imkanı kəsdiləməsi üçün hər qlxan qeydə alınsın və bu köçürülmənin payına düşən bütün hissəni doldurmaları üçün onlara yardım etmək mümkün olsun.

Bənzər yazılar

0.32456612586975