Bakı regionun ən çirklənmiş ŞƏHƏRİDİR – Şəhərlərin SİYAHISI

 15-06-2022

Dünyanın ən çirkli şəhəri Şimali Makedoniyanın Tetova şəhəridir. 

Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat məşhur “numbeo” portalında yer alan “Çirklənmə indeksi – 2022” (“Pollution Index 2022”) adlı hesabatda yer alıb. 

Hesabatda qeyd olunur ki, 353 şəhərin yer aldığı siyahıda çirklənmənin ən az səviyyədə olduğu şəhər Norveçin Stavanger şəhəridir. 

Siyahıda ilk sırada olan Tetova şəhərində çirklənmə səviyyəsi 100 üzərindən 95,56 olaraq qeyd olunub. Stavanger şəhərində isə çirklənmə səviyyəsi 12,29 olaraq göstərilir.

Hesabatda Azərbaycanın paytaxtı Bakı da yer alıb. Bakı çirklənmə səviyyəsinə görə 353 şəhər arasında 74-cü sırada qərarlaşıb. Paytaxtımızın çirklənmə indeksi 75,61 olub.

Dünyanın bəzi böyük şəhərlərində və region ölklərinin paytaxtında çirklənmə səviyyəsi aşağıdakı kimi olub:

4. Ulanbatur (Monqolustan) – 93,79
11. Kabil (Əfqanıstan) – 92
15. Bağdad (İraq) – 91,34
16. Dehli (Hindistan) – 90,52
17. Karaçi (Pakistan) – 89,97
44. Pekin (Çin) – 82,59
45. Mexiko (Meksika) – 82,27
48. Tehran (İran) -  81,29
59. Almatı (Qazaxıstan) – 78,45
74. Bakı (Azərbaycan) – 75,61
84. Bişkek (Qırğızıstan) – 73,38
85. Tbilisi (Gürcüstan) – 73,36
108. İstanbul (Türkiyə) – 69,17
117. Təbriz (İran) – 67,24
118. Milan (İtaliya) – 66,95
120. Roma (İtaliya) – 66,27
122. Barselona (İspaniya) – 66,05
127. Ankara (Türkiyə) – 65,60
130. Kiyev (Ukrayna) – 65,38
136. Paris (Fransa) – 64,31
172. London (B. Britaniya) – 58,22
173. Nyu York (ABŞ) – 58,02
180. İrəvan (Ermənistan) – 56,98
182. Moskva (Rusiya) – 56,82
210. Daşkənd (Özbəkistan) – 51,40
211. Astana (Qazaxıstan) – 51,36
248. Tokio (Yaponiya) – 42,31
253, Minsk (Belarus) – 41,56
264. Berlin (Almaniya) – 38,93
266. Riqa (Latviya) – 37.49
309. Sidney (Avstraliya) – 27,43
326. Oslo (Norveç) 23,63
340. Bergen (Norveç) – 20,41
341. Stokholm (İsveç) – 19,20
345. Vyana (Avstrya)  - 17,32
249. Helsinki (Finlandiya) 13,76

Bənzər yazılar

0.20589709281921