Ağcəbədi Rayon İcra Hakimiyyəti cari təmirə 10 min xərcləyəcək

 04-08-2023

Ağcəbədi Rayon İcra Hakimiyyəti tikili və  avadanlıqların cari təmiri ilə bağlı kotirovka sorğusuna yekun vurub. 

Valyuta.az xəbər verir ki, sorğunun qalibi “Blueprint Construction” MMC olub. 

İcra hakimiyyəti cari təmirə 9.888,89 AZN xərcləyəcək. 

“Blueprint Construction” MMC 2 sentyabr 2022-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1000 AZN olan şirkətin qanuni təmsilçisi Abbasov İlqar Abbas oğludur. 

Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi barədə heç bir məlumat yoxdur. 

Qeyd edək ki, Hüseynov Rafil İsrafil oğlu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 20 noyabr 2019-cu tarixli Sərancamı ilə Ağcabədi rayon İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. 

Bənzər yazılar

0.11365103721619