Azərbaycanlı milyarderin oğlu yeni şirkət yaratdı

 03-08-2023

Azərbaycanlı milyarderin oğlu yeni şirkət yaradıb.

“Ölkə.Az” xəbər verir ki, cari ilin iyunun 24-də “R Group Holding” MMC dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi İsveçrə vətəndaşı Rəhman Xəlilovdur.

Qeyd edək ki, R. Xəlilov Azərbaycanlı iş adamı, “İSR” Şirkətlər Qrupunun prezidenti İsgəndər Xəlilovun oğludur. R. Xəlilov ali təhsilini İsveçrədə təhsil alıb və “İSR-Holding”ə daxil olan “RIROIL” (İsveçrə) neft ticarət şirkətinin rəhbəri vəzifəsində çalışıb.

Yeni yaradılmış “R Group Holding” MMC-nin isə nizamnamə kapitalı 300 min manat, hüquqi ünvanı AZ1095, Bakı şəhəri Səbail rayonu, Azadlıq pr. ev.1-dir. Şirkətin hüquqi ünvanı Bakıda "Park İNN" mehmanxanasının yerləşdiyi ünvandır və bu mehmanxana “İSR” Şirkətlər Qrupuna məxsusdur. 

Bənzər yazılar

0.3463249206543