Ünvanlı Dövlət Sosial Yardımın (ÜDSY) məbləği artıb.
Bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Mətbuat Xidməti məlumat yayıb. Məlumata görə, 2023-cü ilin iyul ayında bir ailəyə ödənilən ÜDSY-nin məbləği orta hesabla 28,07% artıb.
Beləliklə, ötən ilin iyul ayında bir ailəyə ödənilən ÜDSY-nin məbləği orta hesabla 364,2 manat idisə, cari ilin müvafiq dövründə bu məbləğ artaraq 466,4 manat təşkil edib.